11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

20:48 / 13-09-2025

17:29 / 10-09-2025

23:25 / 09-09-2025

09:46 / 11-09-2025

Baş Prokurorluq universitetdəki qanun pozuntularını araşdıracaq
Tarix: 06-09-2023 12:23 | Bölmə: Cəmiyyət

Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.
Reyting.az xəbər verir ki, bu barədə Hesablama Palatasından bildiriblər.
Audit dövründə ümumilikdə Universitetə 30910,6 min manat məbləğində vəsait daxil olub, 30480,2 min manat məbləğində vəsait icra edilib.
Universitetdə 737 ştat vahidi olmuş, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1 faiz artaraq 7376 nəfərə çatıb. Kontingentin 75,8 faizini bakalavr pilləsi əhatə edib, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4,4 faizi əcnəbi tələbələrdən ibarət olub.
Auditlə müəyyən edilib ki, qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunmayaraq Universitetin Nizamnaməsi hüquqi aktlarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə uyğunlaşdırılmayıb, beləliklə də, Universitetin təşkilati-hüquqi forması təkmilləşdirilməmiş, müasir idarəetmə prinsipləri tətbiq olunmayıb.
Təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.
Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilmiş, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.
01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilib. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.
Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.
Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnmiş, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94,0 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.
Hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinin uyğunluğunun təmin edilməsi fonunda məcburi orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanılmaması bəzi hallarda artıq məzuniyyət haqlarının ödənilməsi, bir sıra hallarda hüquqi aktların tələblərinin tam nəzərə alınmaması məcburi ödənişlərin tutulmaması ilə nəticələnib.
Auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.
Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib
Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib, bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi maliyyə hesabatlarında zərər məbləğinin 2194,3 min manat təhrif olunması ilə nəticələnib.
Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 01 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701,0 min manat debitor və 35688,0 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınıb.
Qərarda Nizamnamənin hüquqi aktların tələblərinə uyğun şəkildə yenidən hazırlanaraq təsdiq edilməsi, audit prosesində aparılmış inventarizasiya ilə aşkar edilmiş artıq gələn, həmçinin natura formasında bərpa edilmiş dəyəri göstərilməyən aktivlərin, həmçinin Sosial Xidmət Mərkəzinin binasının qiymətləndirilərək müvafiq qaydada uçota alınması və Nizamnamə fondunun məbləğində əks etdirilməsi, Naxçıvan Dövlət Universiteti Xəstəxanası və Naxçıvan Musiqi Kolleci üzrə xərclərin maliyyələşdirilməsinə dair hüquqi çərçivənin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qeyd olunub.
Kollegiya Qərarına əsasən əvvəlki illərdə podratçılar tərəfindən təhvil verilməyən maddi qiymətlilər üzrə əskikgəlmələr, həmçinin təmir-tikinti işləri, eləcə də xüsusilə əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.(APA)
Bölməyə aid digər xəbərlər

Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz