18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bakıda kriminal avtoriteti öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb
Tarix: 06-09-2023 12:34 | Bölmə: Cəmiyyət
Bakıda kriminal avtoriteti öldürməyə cəhd edənlərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, hakim Vüqar Qiliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

“Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. Zərərçəkmiş hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib.

Məhkəmə sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismdə iştirak etsə də, o, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, hadisə martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər