18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi keçiriləcək
Tarix: 06-09-2023 17:10 | Bölmə: Cəmiyyət
10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirməsi keçiriləcək

Azərbaycanda 10 ali təhsil müəssisəsi üzrə akkreditasiya qiymətləndirməsinin yeni tədris ilində keçirilməsi nəzərdə tutulur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müəssisələr Bakı Mühəndislik Universiteti (BMU), ADA Universiteti, Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Qərbi Kaspi, Bakı Biznes universitetləri, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir”(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər