16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda 67 nəfər yanğın, 12 nəfər partlayış zamanı ölüb
Tarix: 22-10-2018 12:34 | Bölmə: Cəmiyyət
Azərbaycanda 67 nəfər yanğın, 12 nəfər partlayış zamanı ölüb

2018-ci ilin 9 ayında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Reyting.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 9 ay ərzində ölkə ərazisində 13 570 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1959 hadisə, yaxud 17 faiz çoxdur.

Bu hadisələr nəticəsində 76 nəfər ölüb, 167 nəfər xəsarət alıb, 67 nəfər xilas edilib, 1267 nəfər təxliyə olunub.

Bundan əlavə, ötən müddətdə baş verən yanğınlar zamanı 62 nəfər ölüb, 127 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 nəfər, yaxud 59 faiz çoxdur, xəsarət alanlar üzrə 38 nəfər (23 faiz) azdır.

Azərbaycanda 67 nəfər yanğın, 12 nəfər partlayış zamanı ölüb

Məlumata görə, 9 ay ərzində respublika ərazisində 45 partlayış baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə (24 faiz) azdır.

Partlayışlar zamanı 12 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}