20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş Prokurorluq mebel sexində 16 nəfərin ölməsi xəbərini təkzib edib
Tarix: 16-01-2024 17:36 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq mebel sexində 16 nəfərin ölməsi xəbərini təkzib edib

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib:

"Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər