Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyət müzakirə ediləcək
Tarix: 17-01-2024 12:16 | Bölmə: Cəmiyyət
Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyət müzakirə ediləcək

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ekoloji vəziyyətinə dair "dəyirmi masa" keçiriləcək.

Bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü il yaz sessiyası üçün işlər planına daxil edilib.

Eyni zamanda, COP29 çərçivəsində Bakıda atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmələr, Xəzər dənizinin Azərbaycan sektorunda bioresursların birgə monitorinqdə iştirak, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi ilə əlaqədar birgə müzakirələr nəzərdə tutulub(Report).




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}