Sankt-Peterburqdakı limanda bir tondan çox kokain tapılıb
Tarix: 24-01-2024 16:00 | Bölmə: Cəmiyyət
Sankt-Peterburqdakı limanda bir tondan çox kokain tapılıb

Sankt-Peterburqun Böyük Limanının ərazisində Federal Gömrük və Federal Təhlükəsizlik xidmətlərinin əməkdaşları 1200 kiloqramdan çox kokain aşkar ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, tapılan kokainin qara bazarda dəyəri 13 milyard rublu ötür.

Məlumata görə, kokain Belçikanın Antverpen şəhərindən gələn konteynerdə qəhvə paketlərinin arasından tapılıb. Xüsusilə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi başlanıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi).

Xatırladaq ki, yanvarın 10-da Federal Gömrük Xidməti Sankt-Peterburqun Böyük Limanında çəkisi bir tondan çox olan min kokain briketinin tapıldığını bildirmişdi. Onlar Nikaraquadan gələn konteynerdə aşkar edilmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}