20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xəzərdə sərnişin gəmisinə su dolub - 32 nəfər təxliyə edilib
Tarix: 26-01-2024 22:48 | Bölmə: Cəmiyyət
Xəzərdə sərnişin gəmisinə su dolub - 32 nəfər təxliyə edilib

Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Bildirilib ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib:

"Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər