Qarabağ zonasında daha 476,7 hektar ərazi minalardan təmizlənib
Tarix: 15-04-2024 15:50 | Bölmə: Cəmiyyət
Qarabağ zonasında daha 476,7 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Reyting.az
xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 8-14 aprel 2024-cü il tarixi ərzində 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 476,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}