12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rasim Məmmədov barəsindəki hökmdən şikayət verib
Tarix: 14-06-2024 10:00 | Bölmə: Cəmiyyət
Rasim Məmmədov barəsindəki hökmdən şikayət verib

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb(Pravda.az)

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

Hökmün müsadirə olunmuş əmlaklarla bağlı hissəsindən Böyük Britaniya şirkəti Baumant Sales LLP –də şikayət vermişdi. Şirkət iddia edir ki, ittiham olunan şəxsə məxsus “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması onların maraqlarına toxunur. Belə ki. şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsait də “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verilib.

Məhkəmə xarici şirkətin də şikayətini əsassız hesab edib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər