10:24 / 21-10-2025
"SpaceX" 10 000-ci Starlink peykini orbitə çıxardıb - Foto
09:53 / 21-10-2025
Xəstə heyvanlar bazarlarda satılır?
09:48 / 21-10-2025
ABŞ Rusiya aktivlərindən Ukraynanın istifadəsinə qarşıdır
09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

Dənizin dibində qədim dövrlərə aid mərmər döşəmə tapılıb - Foto
Tarix: 26-07-2024 09:31 | Bölmə: Cəmiyyət

İtaliya arxeoloqları dənizin dibində əsrlər boyu su altında qalmış bir Roma villasına aid mərmər döşəmə aşkar ediblər.
Reyting.az xəbər verir ki, tapıntı qədim Bakoli şəhərində sualtı arxeoloji bərpa layihəsi çərçivəsində aşkara çıxarılıb və ərazisini su basmış Roma villasına məxusudur.
Mütəxəssislərin sözlərinə görə, bu, Baya Sualtı Arxeoloji Parkında (müasir Neapol şəhəri yaxınlığında) aparılan qazıntıların bir hissəsidir.
Yeni tapıntı barədə xəbəri "Arkeonews" nəşri yayıb.
Bildirilir ki, Baya adlı şəhər qədim zamanlarda Tirren dənizinin bir hissəsini əhatə edən Neapol körfəzinin şimal-qərb sahilində yerləşən iqtisadiyyat, mədəniyyət, turizm baxımından, eləcə də digər önəmli sahələrdə çiçəklənən qədim tarixə malik bir Roma şəhəri olub. Həmin dövrlərdə Roma zadəganlarının tanınmış nümayəndələri tez-tez buraya istirahətə gəliblər. Buna görə də şəhər dəbdəbəli villaları, termal bulaqları, hedonist atmosferi ilə imperiyada çox məşhur ərazi sayılıb.
Nəşr tapıntı barədə yazır: "Üzə çıxan Roma villasındakı bu döşəmədə müxtəlif daşlardan, mərmər parçalarından xüsusi peşəkarlıqla istifadə edilib. Eyni zamanda çox mürəkkəb həndəsi naxışların təsvirindən və dekorativ texnika hesab olunan "Opus sectile" üslubundan da yararlanıblar. Yeni araşdırmada iştirak edən mütəxəssislərin məlumatına görə, qədim Roma dövründə tikilmiş bu villanın döşəməsi Mədəni İrsin Bərpası Agentliyi (İtaliya) və "Naumacos" elmi jurnalı ilə işləyən arxeoloqların birgə əməyi sayəsində kəşf olunub”.

Mütəxəssislərin fikrincə, bu tapıntı həm də sübut edir ki, qədim şəhərlər olan Bakoli ilə Bayanın memarlıq üslubu biri-birindən fərqlənmir.
Arxeoloqlar bildiriblər ki, hər biri kiçik və eyni ölçüdə olan xırda daş parçalarından istifadə edilən mozaikadan fərqli olaraq, bu mərmər döşəmənin tikintisində "Opus sectile" memarlıq üslubuna çox bənzəyən puzzle formasında quruluşuna görə gözəl və bir-birini tamamlayan, eləcə də uyğun gələn, həmçinin böyük, diqqətlə seçilmiş parçalardan da ustalıqla istifadə olunub.
Məhz orijinal üslubuna görə qədim tikinti bir daha sübut edir ki, bunun sayəsində bina sahibinin öz zövqünün zənginliyinə və incəliyinə rəğmən sifarişi peşəkarlıqla yerinə yetirən ustalar istənilən halda bu döşəmədən daha gözəl, daha baxımlı, mürəkkəb, eləcə də bənzərsiz bir orijinal naxışlar yarada bilərdi. Elə buna görə də qədim Bayada olduğu kimi Bakoli şəhəri ərazisində də o vaxtlar yüksək texnikaya malik, memarlıq baxımından çoxlu sayda gözoxşayan binalar, xüsusilə də varlılara məxsus dəbdəbəli villalar, eləcə də böyük saraylar inşa edilib.
Tədqiqatçılar yeni tapılan bu döşəmənin 250 kvadratmetr ölçüdə olduğunu və Roma İmperiyasının son dövrlərində tikildiyini bildiriblər.
Alimlər bu qədim villa döşəməsinin artıq həmin dövrlərdən başlayaraq tikintilərdə istifadə olunan mərmərdən hazırlandığını müəyyən ediblər. Onların fikrincə, yəqin ki, bu villanın döşəməsinin bir hissəsinin mərmərdən hazırlanması həm də maddi baxımdan xərclənən pula qənaət etmək üçün edilib, çünki həmin dövrlərdə hətta ən varlı adamlar belə maddi çətinliklərlə üzləşə bilərdilər.
"Memarlıq baxımından "Opus sectile" üslubuna daha yaxın olan qədim döşəmə zərif həndəsi motivləri, həm də qeyri-adi sənətkarlıq baxımından bizə böyük tarixə malik Qədim Romanın həyatına, sənətinə valehedici bir pəncərə təqdim edir. Bu da tarixi yenidən, daha geniş, əhatəli tədqiq etmək imkanı yaradır", - Bakoli şəhəri bələdiyyəsinin başçısı Cozi Jerardo Della Racone bildirib.
Hazırda arxeoloqlar Bakoli şəhərində qədim Roma dövründə tikilmiş, ehtimala görə çox zəngin bir şəxsə məxsus olan bu villanın gözoxşayan döşəməsinin bərpası üzərində işləyirlər. Mütəxəssislər deyirlər ki, onlar səylə çalışsalar da bu döşəməni bərpa etmək məsuliyyətli və çox çətin işdir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Dünən, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dünən, 12:37
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Dünən, 10:46
Su anbarında meyit tapılıb
Dünən, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
13-10-2025, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək