17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Bakıda oğurluq edən silahlı şəxs tutulub
Tarix: 12-08-2024 13:06 | Bölmə: Cəmiyyət
Bakıda oğurluq edən silahlı şəxs tutulub

Bakıda evlərdən birinin həyətinə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Axtarış zamanı ondan bir ədəd tapança aşkar olunaraq götürülüb.

Araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq