İsmayıllıda torpaq sürüşməsi baş verib
Tarix: 13-08-2024 10:56 | Bölmə: Cəmiyyət
İsmayıllıda torpaq sürüşməsi baş verib

İsmayıllı rayonunun Basqal kəndindən keçən avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Məlumata görə, hazırda avtomobillər torpaq sürüşməsinə məruz qalan yolun bir hissəsi ilə hərəkət edirlər.

Kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, Basqal yolunda torpaq sürüşməsi müntəzəm xarakter alsa da, bununla bağlı hələ ki ciddi tədbir görülmür.

Onlar qeyd ediblər ki, Basqal kəndi turistik zona olduğundan, bu vəziyyət əraziyə gələn qonaqlar üçün də müəyyən risk yaradır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər