Qeyri-qanuni sünnət dəhşəti: 7 yaşlı uşağın cinsiyyət orqanı çürüyüb
Tarix: 13-08-2024 16:34 | Bölmə: Cəmiyyət
Qeyri-qanuni sünnət dəhşəti: 7 yaşlı uşağın cinsiyyət orqanı çürüyüb

Türkiyənin Kayseri bölgəsində sağlamlıq kabinəsində sünnət edilən 7 yaşlı uşağın qanqren (çürümə) səbəbindən cinsi orqanı kəsilib və tibb işçisinə cinayət işi açılıb.

Reyting.az
-ın xəbərinə görə, Kayseri valiliyi 7 yaşlı uşağın “qanunsuz sünnət nəticəsində cinsiyyət orqanının şikəst olması” iddiası ilə bağlı açıqlama verib.

Açıqlamada faktla bağlı araşdırmalara başlanıldığı bəyan edilib.

Valilik bəyan edib ki, sünnətin edildiyi özəl sağlamlıq kabinəsi icazəsiz əməliyyat səbəbindən qapadılıb. Eyni zamanda prokurorluğunun başlatdığı istintaq çərçivəsində hadisə ilə bağlı 3 şübhəli saxlanılıb. Məhkəmə və inzibati araşdırma başlayıb.

Vurğulanır ki, hazırda uçağın müalicəsi Erciyes Universiteti Tibb fakültəsi Xəstəxanasında davam edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər