13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapılıb
Tarix: 03-09-2024 17:14 | Bölmə: Cəmiyyət
Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapılıb

Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Reyting.az
Bərdə Rayon Prokurorluğuna istinadla bildirir ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib:

"Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Xatırladaq ki, yayılan məlumata görə, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq