13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Astana və Daşkənd orbitə birgə kosmik peyk çıxaracaq
Tarix: 04-09-2024 08:12 | Bölmə: Cəmiyyət
Astana və Daşkənd orbitə birgə kosmik peyk çıxaracaq

Astana və Daşkənd birgə kosmik peykləri orbitə çıxarmağa hazırlaşırlar.

Reyting.az
xəbər verir ki, bu barədə “EvrAsia Daily” Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumatda vurğulanır ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb. Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi “Baiterek” kosmik raket kompleksinin 2028-ci ildə istifadəyə veriləcəyini bəyan edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq