13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Gədəbəydə otlaq sahədə uzanan kişinin üzərindən yük maşını keçib
Tarix: 04-09-2024 09:24 | Bölmə: Cəmiyyət
Gədəbəydə otlaq sahədə uzanan kişinin üzərindən yük maşını keçib

Gədəbəydə bədbəxt hadisə baş verib.

Reyting.az
xəbər verir ki, hadisə rayonun Gərgər kəndində qeydə alınıb.

1973-cü il təvəllüdlü Elman Musayev biçənək sahəsində ot preslərini tanışı Maarif Əmiraslanovun "QAZ 3307" markalı avtomobilinə yükləyib. Daha sonra Elman Musayev istirahət etmək məqsədilə avtomobilin arxa təkərləri yanında uzanıb.

Bu zaman Maarif Əmiraslanov avtomobili arxaya doğru hərəkət etdirərək Elman Musayevin üzərindən keçib. Nəticədə Elman Musayev ölüb(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq