13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Rauf Cəfəroviç Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Tarix: 04-09-2024 11:22 | Bölmə: Cəmiyyət
Rauf Cəfəroviç Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kazımov Rauf Cəfəroviç Gürcüstandan Azərbaycana ekstradisiya edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həmin şəxs Azərbaycana ekstradisiya edilib:

"Binəqədi Rayon Polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib".




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq