13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Sertifikatlaşdırma prosesi: müsahibələr başlayır
Tarix: 05-09-2024 10:46 | Bölmə: Cəmiyyət
Sertifikatlaşdırma prosesi: müsahibələr başlayır

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Reyting.az
xəbər verir ki, sentyabrın 9-dan etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladaq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq