Azərbaycanda kişi arvadını güllələyib
Tarix: 09-09-2024 12:41 | Bölmə: Cəmiyyət
Azərbaycanda kişi arvadını güllələyib

Lerikdə silahlı insident olub.

Məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb( Lent.az).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq