Məhkəmə sabiq maliyyə xidməti rəisi ilə bağlı qərar verib
Tarix: 11-09-2024 10:31 | Bölmə: Cəmiyyət
Məhkəmə sabiq maliyyə xidməti rəisi ilə bağlı qərar verib

Bakı Apellyasiya Məhkəməsində Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib(Pravda).

Qeyd edək ki, S.Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur. O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq