İmişlidə açıq havada dərs keçən müəllimənin müqaviləsinə xitam verilib
Tarix: 18-09-2024 11:14 | Bölmə: Cəmiyyət
İmişlidə açıq havada dərs keçən müəllimənin müqaviləsinə xitam verilib

İmişlidə yeni məktəbin açılmamasına görə şagirdlərinə açıq havada dərs keçən müəllimənin əmək müqaviləsinə xitam verilib.

Reyting.az
xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.

Məlumata iddia olunur ki, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb: "Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq
8-10-2024, 12:35 Sabah yağış yağacaq

{sape_links}{sape_article}