Rusiya üzərində 139 PUA vurulub
Tarix: 23-10-2025 08:56 | Bölmə: Xəbərlər
Rusiya üzərində 139 PUA vurulub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında ölkənin bölgələri üzərində 139 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub. PUA-lardan 56-sı Belqorod vilayəti üzərində hədəfə tuş gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ötən gecə döyüş növbəsində olan hava hücumundan müdafiə vasitələri ümumilikdə 139 ədəd Ukrayna istehsalı olan təyyarə tipli pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib. Onlar Belqorod, Bryansk, Voronej, Ryazan, Rostov, Tambov, Volqoqrad, Orlov, Kaluga, Kursk vilayətləri və Krım Respublikası üzərində vurulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib