“Space” TV-nin əməkdaşı məktəbdə hücuma məruz qalıb - Video
Tarix: 01-03-2025 16:21 | Bölmə: Cəmiyyət
“Space” TV-nin əməkdaşı məktəbdə hücuma məruz qalıb

“Space” TV-nin əməkdaşı Xırdalan şəhər 5 saylı tam orta məktəbə istiliyin verilməməsi ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə telekanaldan bildiriblər.

Qeyd edilib ki, əvvəlcə özlərini valideyn kimi təqdim edən bir neçə qadın çəkilişə mane olmaq istəyib. Onlardan biri jurnalistin ünvanına nalayiq ifadələr işlədib.

Daha sonra özünü gah idman müəllimi, gah da məktəbin idman zalını icarəyə götürən şəxs kimi təqdim edən gənc oğlan çəkilişə maneələr yaradıb. Sonradan məlum olub ki, onun məktəblə heç bir əlaqəsi yoxdur.

Müdaxilə zamanı telekanala məxsus mikrofonun suya düşərək zədələndiyi bildirilir.

Ətraflı videoda:





Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq