Trampın köməkçisi sülh planını şərh etməyib
Tarix: 20-11-2025 13:08 | Bölmə: Dünya
Trampın köməkçisi sülh planını şərh etməyib

Ukraynada müharibəyə son qoymaq ABŞ-nın xarici siyasət prioritetidir.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın siyasi məsələlər üzrə baş müşaviri Stiven Miller bildirib.

Siyasətçi vurğulayıb ki, bu, prezidentin xarici siyasətdə prioritet olaraq saxladığı bir məsələdir, yəni Ukrayna ilə Rusiya arasındakı müharibənin həlli.

Onun sözlərinə görə, əsas məqsəd Avropada sülhə nail olmaq, günahsız insanların öldürülməsini dayandırmaqdır.

Lakin Miller Rusiyanın Ukraynadakı müharibəsinə son qoymağı hədəfləyən Tramp administrasiyasının yeni planı barədə şərh verməkdən imtina edib. .

Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Marko Rubio Ukrayna üçün ABŞ-nın “sülh planı”nı elan edib. O, ABŞ-nın hər iki tərəfin mövqeyini nəzərə alan təkliflər hazırladığını açıqlayıb. M. Rubio əlavə edib Ukraynadakı kimi “mürəkkəb və ölümcül müharibəyə” son qoymaq üçün “ciddi və real fikirlər” mübadiləsi tələb olunur.

“Və davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə getməlidir”, - Dövlət katibi vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər