Şamaxıda qadın, Gəncədə kişi özünü öldürüb - İntihar
Tarix: 15-05-2019 18:16 | Bölmə: Cəmiyyət
Şamaxıda qadın, Gəncədə kişi özünü öldürüb

Azərbaycanda daha iki intihar baş verib.

Reyting.az ona-ya istinadən bildirir ki, Qobustan rayonu, Təklə kənd sakini, 29 yaşlı Səbinə Musayeva Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib.

Qadın təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddətdə onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki məlum deyil.

***

Gəncə şəhəri, Təbriz küçəsində yaşayan, 61 yaşlı Nüsrət Məmmədov sirkə turşusu içib.

Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}