20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Komitə sədri: “Qadınların rəhbərlikdə çox olduğu ölkələr daha artıq inkişaf edib”
Tarix: 18-05-2019 12:03 | Bölmə: Cəmiyyət
Komitə sədri: “Qadınların rəhbərlikdə çox olduğu ölkələr daha artıq inkişaf edib”

"Dövlət Komitəsi təzə yarananda bir çox insanlar sona qədər gender məsələsini dərk etmirdilər".

Reyting.az
-ın məlumatına görə, bunu bu gün "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Dövlət Komitəsinin sədri deyib ki, qadın və qızların cəmiyyətdə xüsusi yer tutması vacibdir: “Əhalinin yarısını qadınlar təşkil edir. Əgər qadınlar cəmiyyətin və dövlətin inkişafında iştirak etməsə, hansı inkişafdan söhbət etmək olar? Araşdırmalar göstərib ki, qadınların rəhbərlikdə çox olduğu ölkələr daha artıq inkişaf edib. Elə sahələr var ki, qadınlar kişilərdən daha çoxdur. Məsələn, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınlar daha çoxdur. Amma bu sahələrdə yüksək vəzifələrdə kişilər çoxluq təşkil edir. Çünki qadınlar öz potensiallarına inanmırlar. İlk bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin cəmi 4 faizi qadın idi, sonra bu rəqəm 30 faizə çatdı".(Mənbə: ONA)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər