Bakıdakı məşhur mağaza yanır - Foto+yenilənib
Tarix: 23-06-2019 11:03 | Bölmə: Cəmiyyət
Bakıdakı məşhur mağaza yanır

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında angina başlayıb.

Reyting.az
-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.

****

"X-Lady" mağazasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

***

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı əlavə məlumat verəcək.


Bakıdakı məşhur mağaza yanır
Bakıdakı məşhur mağaza yanır




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}