09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
“Dədə Qorqud”un yeni əlyazmasını tapan alim təltif olundu
Tarix: 23-06-2019 11:49 | Bölmə: Cəmiyyət
“Dədə Qorqud”un yeni əlyazmasını tapan alim təltif olundu

Türkiyənin Avrasiya Yazıçılar Birliyi "Dədə Qurqud" dastanının 3-cü əlyazmasını tapmış iranlı araşdırmaçı professor Vəli Məhəmmədi fəxri “Şərəf” medalı ilə təltif edib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, dastanın Türkmənsəhra əlyazmasını aşkarlamış alim indiyədək kitabxanasında 200-dən çox əlyazma toplayıb.

Mənşəcə türkmən olan iranlı alim öz kəşfinə görə Ankara Universitetinin professoru Şahruz Ağababaiyə də təşəkkür edib. Vəli Məhəmməd deyib: "Əslində, bu işin əsas araşdırıcısı odur".

Xatırladaq ki, “Kitabi-Dədə Qurqud” YUNESKO-nun Dünya İrsi Siyahısında Türkiyə, Azərbaycan və Qazaxıstanın birgə mirası kimi qeydə düşüb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq