ATV-nin aparıcısı işindən ayrılıb - Səbəb
Tarix: 23-06-2019 14:15 | Bölmə: Cəmiyyət
ATV-nin aparıcısı işindən ayrılıb

ATV telekanalının tanınmış aparıcısı Ceyhun Səfərov işindən ayrılıb.

Xəbərlər departamentinin işciləri ilə keçirilən yığıncaqda telekanalın rəhbəri A.Xəlilov Ceyhun Səfərova “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsini verib.

O qeyd edib ki, ATV-də fəaliyyəti dövründə Ceyhun Səfərov yüksək jurnalist peşəkarlığı ilə yanaşı, dövlətçiliyə sadiq vətənpərvər bir vətəndaş kimi tamaşaçı auditoriyasının, iş yoldaşları və həmkarlarının hörmətini qazanıb.

Bu günlərdə mühüm dövlət qurumlarından biri C. Səfərovun xidmətlərinə ehtiyac duyduğunu bildirib.

Göstərilən diqqətə və fəaliyyətinə verilən böyük qiymətə görə Ceyhun Səfərov “Azad Azərbaycan” MTRK-nın rəhbərliyinə təşəkkür edib. Bu televiziyanı özünə doğma məkan hesab etdiyini deyən Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. C. Səfərov həmçinin qeyd edib ki, o, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcək.

Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən vurğulanıb.

2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.

Modern.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər