12 qadını cinsi istismara məruz qoyan Səidə həbs olunmadı - Məhkəmə
Tarix: 25-06-2019 12:52 | Bölmə: Cəmiyyət
12 qadını cinsi istismara məruz qoyan Səidə həbs olunmadı

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində başlanan proses yekunlaşıb.

Reyting.az
Virtualaz.org-a istinadla xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək S. Əmiraslanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S. Əmiraslanova isə son sözündə əməlindən peşman olduğunu, övladlarını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, S. Əmiraslanova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və şərti cəza verilib.

Qeyd edək ki, S. Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə istintaqında S. Əmiraslanova zərərçəkmişlərlə barışıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər