16:38 / 04-09-2025
Əməkdar artist aparıcılıq edəcək
16:22 / 04-09-2025
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
16:06 / 04-09-2025
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
16:01 / 04-09-2025
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
15:51 / 04-09-2025
XİN Sudan hökumətinə başsağlığı verib
15:49 / 04-09-2025
Professor: Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar
15:38 / 04-09-2025
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
15:35 / 04-09-2025
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
15:18 / 04-09-2025
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
15:05 / 04-09-2025
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
14:59 / 04-09-2025
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
14:52 / 04-09-2025
İki ildən sonra Rusiyanın daha çox raketi olacaq
14:51 / 04-09-2025
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
14:32 / 04-09-2025
23 aptekdə yoxlama aparılıb
14:28 / 04-09-2025
Tbilisi meri: "ABŞ-la dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir"
14:01 / 04-09-2025
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
13:58 / 04-09-2025
ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb
13:32 / 04-09-2025
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
13:15 / 04-09-2025
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - Sərəncam
13:00 / 04-09-2025
Azərbaycan və BƏƏ arasında enerji sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
12:43 / 04-09-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 04-09-2025
Azərbaycan Çinlə bank sektorunda əməkdaşlıq haqqında memorandum imzalayıb
12:22 / 04-09-2025
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
12:15 / 04-09-2025
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
12:03 / 04-09-2025
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
11:55 / 04-09-2025
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
11:53 / 04-09-2025
100 min əsgər hücuma hazırlaşır
11:50 / 04-09-2025
Bacısı oğluna işgəncə verən qadın tutulub
11:41 / 04-09-2025
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
11:13 / 04-09-2025
ŞƏT-də daxili didişmələr: Azərbaycan hansı tərəfdədir?
19:36 / 30-08-2025

08:49 / 31-08-2025

18:20 / 31-08-2025

15:02 / 31-08-2025

08:55 / 01-09-2025

18:08 / 30-08-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

Din günah hesab edir…
Tarix: 27-06-2019 16:15 | Bölmə: Cəmiyyət

Narkomaniyanı həkimlər xəstəlik, polis kriminal ünsür, hakimiyyət ictimai qüsur, din isə günah hesab edir. Bəzən tibbi müalicənin aciz qaldığı bu bəlanın aradan qaldırılmasında insanların dini inancı, imanı böyük psixoloji dəstək rolunu oynayır. Belə ki, narkotikaya aludəçiliyin səbəbləri müxtəlif olsa da, əksər hallarda gənclərin bu öldürücü vərdişə tutulmasına məhz mənəvi iztirab səbəb olur. Ümumi mənəvi dəyərlərin silinib getməkdə olduğu cəmiyyət həyatı insanda özünə və ətrafına inamsızlıq, güvənsizlik yaradır, onun depressiv duruma düşməsinə səbəb olur. Həyatında mənəvi boşluq olan gənclər bu boşluğu pis vərdişlər, dəbdə olan lazımsız əyləncələrin gətirdiyi ötəri, lakin xəstəliyə çevrilən həzlə doldurmağa çalışırlar. Bəs bu barədə dini inanclar nə deyir?
İnsanın günahlardan uzaq olmağa çalışması Allaha yaxınlaşmaq üçün vasitələrdən biridir. Odur ki, dinin və müqəddəs kitabların günah, yaxud zərərli, xeyirsiz hesab etdiyi narkotik vasitədən uzaq durmağa nail olan insan əsirinə çevrildiyi şərə qalib gəlir.
Qurani-Kərimdə narkotiklə bağlı heç bir ayə olmasa da, təfsirçilər hesab edirlər ki, müqəddəs kitabda adı keçən haramlar arasında narkotik vasitələr də yer alır. Məsələn, “Əl-Əraf” surəsinin 157-ci ayəsində belə buyrulur: “O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
İslam alimlərinin fikrincə, müqəddəs kitabda bu barədə hansısa konkret fikir mövcud olmasa belə, narkotik vasitələr zərərli olanlar sırasındadır. Belə ki, Peyğəmbər (s) hədislərində zərərli olan və şər daşıyıcısına çevrilən hər şeyi pisləyərək ondan uzaq durmağın vacibliyini buyurub. Quranın “Əl-Bəqərə” surəsinin 195-ci ayəsində deyilir: “Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.”
Bəlli olduğu kimi, İslamda insanın özünə zülm etməsi, xətər yetirməsi, başqa sözlə, bilərəkdən özünü hansısa təhlükəyə atıb canına qıyması və bu yolla Allahın əmanətinə xəyanət etməsi pislənilir.
“Əl-Maidə” surəsinin 90-cı ayəsində deyilir: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız”. Ayədə “sərxoşedici içki” ifadəsi bəzən də “şərab” kimi tərcümə olunur. Ərəb dilində həmin söz “xəmr” kimi verilir. Bəzi Quran təfsirçiləri qeyd edirlər ki, “xəmr” yalnız sərxoşedici içkini deyil, beyni dumanlandıran və ağlı zəhərləyən hər vasitəni ifadə edir. Odur ki, bu ayədə şərabla yanaşı, narkotik vasitələrin də haram buyurulduğu qeyd olunur.
Ümmü Sələmənin Məhəmməd peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir ki, insanın beynini dumanlandıran hər şey qadağandır. Beyni dumanlandıran vasitələr içərisində isə spirtli içkilərlə yanaşı, həm də narkotik vasitələr yer alır.
Abdullah ibn Ömər Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Məstedici hər şey haramdır. Əgər bir şeyin çoxu məst edirsə, onun azı da haramdır”.
Narkotik vasitələrin qəbulu zamanı ağıl qarışır, beyin dumanlanır, hallüsinasiyalar baş verir, bir sözlə, insan özünü heç də ayıq vaxtı olduğu kimi idarə edə bilmir. Belə olduğu halda, hər cür cinayətə və xətaya yol açılır. Aludəçi özünü narkotiklə təmin etmək üçün yalan danışmalı da olur, çox məcbur qalanda oğurluq edir, bəzən bu məcburiyyət, hətta, qətlə səbəb olur.
Narkomaniya özü ilə yalnız bir insanın fiziki və mənəvi xəstəliyini gətirmir, zəncirvari pisliklərə qapı açır. Beləliklə, bir şəxsin bəlası olmaqdan daha çox, cəmiyyətin ümumi böyük bəlasına çevrilir. Elə buna görə də Quran ayələrinə və hədislərə istinad edən İslam alimləri belə bir ümumi nəticəyə gəliblər ki, narkotik vasitələri təbliğ və istehsal etmək, satmaq da ondan istifadə etmək qədər günah və haramdır. Belə ki, bu işlərlə məşğul olan insan şərin yayılmasına xidmət etmiş olur. Quranda isə deyilir: “...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın...” (Əl-Maidə, 2)
Narkotik aludəçilərini düçar olduqları bəladan xilas etmək üçün onları qınaq obyektinə çevirmək, düşdükləri bəlaya görə cəmiyyətdə yad ünsür kimi görmək deyil, onlara dostca yanaşmaq, sevgi və mərhəmətlə yaralarını sarmaq lazımdır.
Hər insanın həyatında səhvlər olur. Bu səhvlər üçün insanı qınadıqca və ondan qaçdıqca cəmiyyət olaraq onu daha böyük yanlışlara yönləndirir, qarşısıalınmaz cinayətlərə sövq edirik. İnsanlıq naminə onlarla daha səbirli davranmaq, cəmiyyətə fiziki və mənəvi cəhətdən sağlam insan kimi qaytarmağa çalışmalıyıq.
L. Hüseyn
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
Bu gün, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Bu gün, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Bu gün, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
Bu gün, 09:28
İki yeniyetmə su kanalında boğulub
Dünən, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
Dünən, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
Dünən, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
Dünən, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
Dünən, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
Dünən, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
Dünən, 12:46
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
Dünən, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
Dünən, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb
2-09-2025, 11:48
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 08:15
Sudanda bir kənd uçqun altında qalıb
1-09-2025, 18:03
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb
1-09-2025, 17:12
Sabiq rəisi hakim qarşısına çıxarılıb
1-09-2025, 16:03
Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1-09-2025, 15:31
Lisey direktorunun ölkədən çıxışına “stop” qoyulub
1-09-2025, 12:15
Sabahın hava proqnozu açıqlanıb
1-09-2025, 11:54
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
1-09-2025, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
1-09-2025, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
31-08-2025, 12:15
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb
30-08-2025, 19:36
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
30-08-2025, 12:09
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
29-08-2025, 18:01
Məhkəmə tiktoker Aysel Mustafayeva haqqında həbs qərarı verib
29-08-2025, 17:38
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
29-08-2025, 17:15
İtaliyada 60-dan çox turist qidadan zəhərlənib
29-08-2025, 14:08
Yardımlıda əməliyyat: iki nəfər tutulub