Dövlət qurumları birgə memorandum imzalayıblar
Tarix: 28-06-2019 11:47 | Bölmə: Cəmiyyət
Dövlət qurumları birgə memorandum imzalayıblar

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanıb.


Reyting.az
xəbər verir ki, anlaşma memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, memorandum iyunun 28-də Bakıda keçirilən IX Beynəlxalq Sığorta Forumu çərçivəsində imzalanıb.(Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər