36 yaşlı arvadına 5 bıçaq zərbəsi vurdu - Astarada ailə dramı
Tarix: 08-07-2019 14:55 | Bölmə: Cəmiyyət
36 yaşlı arvadına 5 bıçaq zərbəsi vurdu - Astarada ailə dramı

Astara rayonunun Kolatan kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Reyting.az xəbər verir ki, rayonun Kolatan kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Quliyev həyat yoldaşı, 1983-cü il təvəllüdlü Elza Quliyevanı bıçaqlayıb.

Məlumata görə, döş qəfəsindən beş bıçaq zərbəsi alan Elza Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada əməliyyat edilən E.Quliyeva reanimasiya şöbəsində yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər