16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ceyhun Bayramov tədris planını təsdiqlədi
Tarix: 12-07-2019 17:16 | Bölmə: Cəmiyyət
Ceyhun Bayramov tədris planını təsdiqlədi

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarını təsdiq edib.

Reyting.az
xəbər verir ki, nazirin əmrinə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq olunub.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və "Qeydlər” də təsdiq edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}