18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Cahangir Hacıyevin evi müsadirə olunur - Foto
Tarix: 12-07-2019 23:49 | Bölmə: Cəmiyyət
Cahangir Hacıyevin evi müsadirə olunur

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə AzadlıqRadiosuna Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva məlumat verib. Ə. Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığından gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə. Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C. Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə. Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».

Cahangir Hacıyevin evi müsadirə olunur




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər