13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
09:08 / 21-03-2025
Ağsuda zəlzələ olub
Jurnalistlərin mənzillərinə çıxarış verilməsi ləngidilir
Tarix: 15-07-2019 11:41 | Bölmə: Cəmiyyət
Jurnalistlərin mənzillərinə çıxarış verilməsi ləngidilir

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin çıxarışlar (Kupça) verilməyib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a bildiriblər ki, 22 İyul - Mətbuat Günü mənzillərin çıxarışlarının mənzil sahiblərinə verilməsinə təşəbbüs olsa da, istismarla bağlı sənədlərdə ləngimə var: “Əmlak Komitəsi kupçaları verməyə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərə bilərik. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib".

Ancaq çıxarışların verilməsi hansısa səbəbdən ləngidilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 09:45 Rayonlara qar yağıb