18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
PA-nın məsul işçiləri bölgələrdə: camaatla görüş oldu, problemlərlə bağlı göstərişlər verildi
Tarix: 22-08-2019 20:18 | Bölmə: Cəmiyyət
PA-nın məsul işçiləri bölgələrdə: camaatla görüş oldu, problemlərlə bağlı göstərişlər verildi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 22-də Sumqayıt şəhərinin, Lənkəran, Şamaxı və Şuşa rayonlarının sakinləri ilə görüşüblər.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və baxılması üçün nəzarətə götürülüb.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razı qaldıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər