18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Təhsil Nazirliyi 1193 tələbənin köçürülməsinə icazə verib
Tarix: 05-09-2019 15:59 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi 1193 tələbənin köçürülməsinə icazə verib

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Reyting.az
Təhsil Nazirliyinə istinadla bildiri ki, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1 535 nəfər müraciət edib:

"Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 193 nəfərdən 1 152-ni bakalavr, 12-ni magistratura səviyyəsi üzrə, 29-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir".

Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər