18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ölkəmizdə təhlükəli xəstəliyə yoluxanlar artır
Tarix: 09-09-2019 15:13 | Bölmə: Cəmiyyət
Ölkəmizdə təhlükəli xəstəliyə yoluxanlar artır

Sabirabad rayonunda daha iki nəfər qarayara xəstəliyinə yoluxub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, qarayara xəstəliyinə yoluxanlar ət satışı ilə məşğul olan Sabirabadın Qaragüney və Həşimxanlı kənd sakinləridir.

AQTA-nın Salyan regional şöbəsindən faktı təsdiq etsələr də, təfərrüatlar barədə əlavə məlumat almaq mümkün olmayıb. Xəstəliyə yoluxan şəxslər Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər. Qaragüney kənd sakininin kəsdiyi heyvanda qarayara xəstəliyi aşkar edilib. Həmin heyvanın əti Şirvan şəhərində fəaliyyət götərən qəssablardan birinə satılıb. Qəssabın bildirdiyinə görə, ət sümükdən ayrılıb və hazırda hansı məqsədlər üçün istifadə olunduğu aydınlaşdırılır.

Faktla bağlı AQTA-nın Salyan regional şöbəsi tərəfindən araşdırmalar aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 34 və 26 yaşlarında 2 nəfər Sabirabad sakini rayon mərkəzi xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər