Millət vəkili: “Çoxarvadlılıq fahişəliyin qarşısını alır”
Tarix: 06-11-2019 11:20 | Bölmə: Cəmiyyət
Millət vəkili: “Çoxarvadlılıq fahişəliyin qarşısını alır”

“Çoxarvadlılıq prinsipi sosial problemin həlli olan İslamın bir qaydasıdır”.

Reyting.az
“Əsr-e İran” nəşrinə istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Əli Mütəhhəri bildirib.

O, Tehranda keçirilən çoxarvadlılıq (poliqamiya) ilə bağlı seminara təpki göstərənləri qınayıb. "Adətən, cəmiyyətlərdə müharibə, iş zamanı və ya xəstəlikdən kişilərin itki verməsi səbəbindən, evlənməyə hazır olan qadınların sayı evlənməyə hazır olan kişilərin sayından çox olur. Bəzi qadınların evlənmə hüququndan məhrum olması yaxşı əlamət deyil. Əlbəttə, bu bir haldır. Kişilər maddi, fiziki və intellektual qabiliyyətə sahibdirsə, məlum işi icra edə bilər və hətta İslam hökuməti buna müdaxilə edə bilməz”.

Mütəhhəri əlavə edib ki, “hazırkı vəziyyəti nəzərə alaraq, əgər biz bunu tətbiq etməsək, cəmiyyətdə korrupsiya və fahişəlik artacaq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər