Oqtay Güləliyevin oğlu: "Atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb"
Tarix: 08-11-2019 18:15 | Bölmə: Cəmiyyət
Oqtay Güləliyevin oğlu: "Atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb"

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz atasının vəziyyəti ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, o, atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:

"Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar.

Həkimin dediyinə görə, atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bərpası mümkün olmayacaq. İndidən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Ancaq gözü ilə həyata baxacaq".

Təbriz Gülalıyev bildirib ki, atasının komadan nə vaxt çıxacağı da bəlli deyil:

"6 ayamı, 3 iləmi? Bunu da heç kim bilmir...".

Qeyd edək ki, Oqtay Gülalıyev Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi təyyarə ilə Türkiyəyə aparılıb, orada müalicə olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər