Polis 3 rayonda əməliyyat keçirdi - 6 kq narkotik tutuldu
Tarix: 17-02-2020 13:44 | Bölmə: Cəmiyyət
Polis 3 rayonda əməliyyat keçirdi - 6 kq narkotik tutuldu

Daxili işlər orqanları tərəfindən naktotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.

Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yenikənd kənd sakini Z.Nağıyevdən isə şəxsi axtarış zamanı 445 qram marixuana aşkar edilərək götürülüb. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}