13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Azərbaycanlılar daha çox bu ölkə vətəndaşları ilə ailə qurur - Siyahı
Tarix: 05-03-2020 17:15 | Bölmə: Cəmiyyət
Azərbaycanlılar daha çox bu ölkə vətəndaşları ilə ailə qurur

2019-cu ildə Azərbaycan vətəndaşlarının hansı ölkə vətəndaşları ilə ailə qurduqları məlum olub.

Ədliyyə Nazirliyindən bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1 160 qadın, 1 110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2 270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Azərbaycanda 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}