Daha 3 Azərbaycan vətəndaşı ölümcül virusdan sağalıb -19 nəfərdən 6-ı evə buraxılıb
Tarix: 14-03-2020 12:05 | Bölmə: Cəmiyyət
Daha 3 Azərbaycan vətəndaşı ölümcül virusdan sağalıb -19 nəfərdən 6-ı evə buraxılıb

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildiriblər ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib: "Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}