Cənub zonasında koronavirusa yoluxmanın əsas səbəbi bəlli oldu
Tarix: 06-05-2020 17:56 | Bölmə: Cəmiyyət
Cənub zonasında koronavirusa yoluxmanın əsas səbəbi bəlli oldu

"Cənub zonasında yoluxmanın əsas səbəbi sıx şəkildə İrana səfərləri ilə əlaqəli olub".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri bildirib ki, bu günə qədər koronavirusa yoluxan uşaqlar arasında ağırlaşma halları olmayıb.

Z.Əliyev vurğulayıb ki, ölkədə koronavirusa yoluxan şəxslərin 10 faizi xaricdən gələn vətəndaşlardır/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər