00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
13:31 / 11-09-2025
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
09:46 / 11-09-2025
Marsda həyat izləri aşkar ediblər
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
10:33 / 11-09-2025
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
Qüds Günü İslam Günüdür - Fotolar
Tarix: 22-05-2020 13:28 | Bölmə: Cəmiyyət

Təkcə Fələstin yox, həm də Qarabağ, Əfqanıstan, Yəmən, Suriya, Kəşmir, Myanma günüdür – məzlumun zalıma qarşı mübarizə modelidir...
İslam mütəfəkkirləri tərəfindən bəyan edilən bu ifadə çox geniş anlamı əhatə edir. Mübarək Ramazan ayının sonuncu cümə günü Qüds Günü kimi elan olunması məhz bütün dünya müsəlmanlarının diqqətini islam dərdlərinə yönəltmək, haqq dininə sahib çıxmaqdan irəli gəlir. Çünki bu mübarək Qüds Günü - Uca Rəbbimizin son Elçi olaraq göndərdiyi Həzrət Peyğəmbərimizin (s) gətirdiyi İslam dinini: həm üsulid-dinini, həm füruid-dinini özündə ehtiva edir. Bu günü yaşatmaq "Qüds"ü şüar etmək isə müsəlman camiəsinin bu ilahi ziyafət ayında Rəbbin qonaqlığından nə qədər faydalana bilməsini təzahür etdirir. Əziz Rəsuli-Əkrəmin mübarək hədisini yada salsaq, görərik ki, Qüds Gününü yaşadanlar Cənnətlə müjdələnən kimsələrdir.
Ramazan ayının gündəlik dualarında və gecələrində Rəbbindən bağışlanma, tövbə, imanın kamilləşməsini diləyən, Qiyamət Günü Peyğəmbəri ilə xəcalətsiz görüşmək istəyən, Qüds Gününü yaşadan hər bir müsəlmana Allahın Rəsulundan salam var! Rəvayətdə nəql olunur ki, Peyğəmbərimiz öz dostlarına salam göndərərkən yaxın səhabələr o dostların kim olduğunu soruşduqda Həzrət Məhəmməd (s): "O kəslər ki, məni görmədən mənə iman gətirərlər" - deyə buyurur.
«Qüds Günü - İslam Günüdür» kəlamını şüar edənlər ilahi ziyafət ayının sonuncu cüməsində bir daha Peyğəmbərinə iman gətirməsini nümayiş etdirirlər. Və xoş imanlı o kəslərin halına ki, ona Peyğəmbərindən salam var.
"Qüds Günü İslam Günüdür". İslam Günü – Rəbbin özünü tanıtdırdığı Həzrət Muhəmməd (s) dünyaya gəldiyi gün, risalətə başladığı gün, Həzrət Cəbrayılın (ə) yer üzərinə vəhy gətirdiyi gün, Qurani-Kərimin nazil olduğu gün, Əli ibn Əbutalibin Allah evi Kəbədə dünyaya gəldiyi gün, xanım Xədicənin islamı qəbul etdiyi gün, xanım Fatimənin doğulduğu gün, yaxud İmam Əli (ə) və həzrət Fatimənin (ə) izdivac günü, iki nurun - Həsən və Hüseynin (ə) dünyaya gəldiyi gündür.
Qədir-Xumdan Aşurayadək – İmam Həsənin (ə) sülhü və ya İmam Hüseyn (ə) qiyamı, xanım Fatimənin (ə) Fədək haqqı, yaxud xanım Zeynəbin Qəm karvanı ... və qələmin gücü çatmayan əziz günlər İslam günüdür.

Bütlərin sındırıldığı gün, əbu cəhllərin, əmr ibn əbdəvədlərin cəhənnəmə vasil olduqları gün –İslamın bir daha yaşadığı günlərdir.
İslam Günü – Zülfüqarın hər zərbəsində yaşanan gündür. Və haqq gününə qədər bu dini yaşadan gün – Qüds Günüdür. İslam gününün ən bariz nümunəsi Aşura günü – Kərbəla meydanıdır.
Öz ilahi vəzifəsini yerinə yetirməkdən boyun qaçıraraq «biz Hüseyn (ə) ola bilmərik» deyənləri tarixin Həbib ibn Məzahirləri susdurub. Saqqalını ilahi rəngə boyamaq üçün Kərbəlaya, İmam Hüseynə (ə) özünü yetirən Həbib ibn Məzahirin bu gün böyük məktəbi var. Bu gün o məktəbin Həbib ibn Məzahirləri bu ilahi rəngi Qüdsdə axtarır. Və Qüds bu gün öz Kərbəlasını yaşayır.
Fələstində mərmilərlə tikələri göyə sovrulan məsum körpələrin fəryadı, boğazından oxlanan Əli-Əsğərin naləsindən daha betərdi. Rəbbinin əmanət buyurduğu ismətini, iffətini qorumaq üşün özlərini düşmən gülləsinə sipər edənlərin fəryadı xanım Rüqəyyanın "baba vay" naləsindən daha betərdi. Tarix təkrar olunur. Rəbbi öz bəndəsini, öz aşiqini imtahan edir. Qüds günü İbn Mərcanilərin qarşısında - "Qüdsdə gözəllikdən başqa heç nə görmədim" söyləyən xanım Zeynəblər günüdür.
Qüds Günü – İslamın dirilik Günüdür. Əziz Peyğəmbərimiz bu günə bir mesaj göndərir:
"Müsəlmanların fəryadını eşidib, ona hay verməyən məndən deyil."
Qüds Gününü yaşadanlara bu söz heç vaxt şamil oluna bilməz. Çünki Qüds Günü müsəlman fəryadına HAY günüdür.
O müsəlman ki, bu gün təkcə Fələstində fəryad etmir. Bu fəryadlar Suriyadan, İraqın – Nəcəfindən, Kərbəlasından, Samirrasından, Azərbaycanın – Qarabağından, Şuşasından, Laçınından, Kəlbəcərindən, Xocalısından eşidilir. Bu nalələr digər İslam torpaqları olan Əfqanıstandan, Kəşmirdən də ərşə ucalır.
Bu gün məmləkətimizdə hər bir Azərbaycanlı üçün Qarabağ qəlb ağrısıdır. Vətənin yaralı yeri, ürəklərin qübar bağladığı dərddir Qarabağ dərdi.
Əziz Peyğəmbərimizin (s) «Vətəni sevmək imandandır» kəlamı hər bir qeyrətli azəri oğluna «Qarabağı unutma» deyir. Məsumlardan (ə) nəql olunan digər hədisdə isə buyurulur ki, "Allah özü qeyrətlidir və qeyrətliləri sevir".
Mübarək Ramazan ayının son cümə günü – Qüds Günü müsəlman kimliyi olan hər bir kəsə bəyan edir ki, Qarabağ və Qüds bizim islami qeyrətimizdir.
***
Düşmənlə mübarizə aparmaq lazımdır!
(Dünya müsəlmanlarının təqlid mərcəyi Ayətullah Seyid Əli Xameneinin “Beynəlxalq Qüds Günü və Fələstin millətinin hüquqlarının müdafiəsi” konfransındakı çıxışından bir parça)

Son əsrdə müsəlmanların oyanışının şahidiyik. Fələstinlilər isə bu barədə diqqət mərkəzindədirlər.
Fələstin torpaqlarının işğalından təxminən 60 il keçir. Məzlum Fələstin milləti çox əzab-əziyyətli günlər yaşamış və müxtəlif ağır sınaqları geridə qoymuşlar. Təsəvvür edin: hadisənin başlanğıcında arxasız bir millətin özünümüdafiəsi və ardıcıl məğlubiyyəti, didərginlik, qəriblik, evlərinin, yurd-yuvalarının viran edilməsi, doğmalarının öldürülməsi, kütləvi qırğınlar, beynəlxalq təşkilatlara üz tutmaq və əliboş geri qayıtmaq, siyasi oyunların qurbanına çevrilmək və qəsbkarların sülhsevər vasitəçi rolunu oynaması...
Həmin tarixi təcrübələrin nəticəsidir ki, rəşadətli və şücaətli Fələstin millətinin gənc nəsli azadlıqsevərlik və ayıq-sayıqlığın zirvəsinə yetişdi, bununla da müqəddəs azadlıq hərəkatı baş qaldırdı. Fələstinlilərin cihadında, ümumiyyətlə, İslami cihadların hamısında uğur və qələbənin rəmzi əqidədən dönməzlikdir.
Düşmən daim hiylə işlətmək, vəd vermək və hədə-qorxu gəlməklə mübariz insanları əqidə və hədəfindən döndərməyə çalışır. Əgər əqidə itsə və ya zəifləsə, İslam dünyası öz doğru istiqamətini itirəcək və düşmənin təyin etdiyi istiqamətdə hərəkət edəcəkdir. Nəticə isə göz qabağındadır. Əksər hallarda öz aramızda olan və millətimizin nümayəndələri sayılan bəzi insanlar nəinki bizə öz əqidəmizdən dönüb, düşmənin dediklərinə riayəti tövsiyə edir, hətta bunu siyasi taktika və ya tədbirlilik kimi qiymətləndirirlər! Onlar bu işdə hansı məqsədi güdürlər-güdsünlər - istər tamahkarlıq, istər xəyanət, istərsə də sadəlövhlük üzündən belə bir tövsiyə etsələr - əmin olsunlar ki, bu ilahi kəlam onlara şamil olacaqdır:
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَنْ تُصِيبَنَا دَائِرَةٌ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَى مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ
Ona görə də ürəklərində xəstəlik (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (İslamın məğlubiyyətindən) qorxuruq” - deyən görərsən. Amma ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar”. (“Maidə” surəsi, ayə 52)

Onlar düşmənə yardım etməklə heç bir mənfəət əldə etməyəcəklər. Amerika və Qərb dünyası hətta onlara itaət edənlərə, onlarla həmkarlıq və əməkdaşlıq edənlərə belə mərhəmət göstərmədiklərini dəfələrlə sübut etmişlər. Belə ki, həmkarlıq edənlərdən istifadə müddəti sona yetən kimi onları çox asanlıqla özlərindən kənarlaşdırmışlar.
Bəziləri düşmənin gücünü xatırlatmaqla haqq-ədalət uğrunda mübarizə aparanları qorxutmağa çalışırlar. Bu, çox aldadıcı bir oyundur. Düşüncəli insanın mübarizə apardığı düşmən həqiqətdə onun varlığını, mənliyini, heysiyyət və şərəfini nişan almışdır. Belə düşmənlə, sözsüz ki, mübarizə aparmaq lazımdır. Qarşıda yalnız iki yol var: ya mübarizədən başıucalıqla çıxmaq, ya da təslim olub mənliyi itirmək və zillətlə yaşamaq.
Fələstinin şücaətli və əzmkar millətinə müraciət edirəm:
“Siz öz səbriniz, yenilməzliyiniz və cihadınızla İslam dünyasının başını uca etdiniz və müsəlman millətlərinə örnək oldunuz. Bu böyük müsibət sizin belinizi bükmədi, əksinə, şəhidlərinizin pak qanı dözümünüzü daha da artırdı. Qəddar düşməniniz kütləvi soyqırımla, qanınızı tökmək və evinizi viran etməklə sizi məhv edə bilmədi və bu gün siz həmişəkindən daha güclüsünüz.
İndiyədək Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və yüzlərlə belə ucaməqamlı şəhidləriniz, şəhadət yolunu seçən gəncləriniz düşmənə qələbə çalmışlar və bundan sonra da Allahın köməkliyi ilə qələbə çalacaqsınız.
İran İslam Respublikasının müsəlmanları, eləcə də bütün dünya müsəlmanları və azadlıqsevər insanlar sizin qəminizə şərikdirlər. Biz sizin şəhidlərinizi öz şəhidlərimizlə bərabər tutur, başınıza gətirilən müsibətləri, kədər və qəminizi öz qəmimiz hesab edirik. Sizin qələbəniz bizim qələbəmizdir!”
Təbiət Hüseyn
Bölməyə aid digər xəbərlər

Dünən, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
Dünən, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
Dünən, 12:58
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Dünən, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Dünən, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb

Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki
Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”