Karantini pozan 1248 nəfər cərimlənib
Tarix: 26-06-2020 12:56 | Bölmə: Cəmiyyət
Karantini pozan 1248 nəfər cərimlənib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 25.06.2020-ci il saat 00:00-dan 26.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla ümumilikdə 1 248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayb.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}