12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Apellyasiya Məhkəməsinin daha bir hakimi vəfat etdi
Tarix: 28-06-2020 08:30 | Bölmə: Cəmiyyət
Apellyasiya Məhkəməsinin daha bir hakimi vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M. Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M. Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər