Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşüb
Tarix: 14-07-2020 21:26 | Bölmə: Cəmiyyət
Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşüb

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb: “Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o, əlavə edib.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}